22:13
Ağdamda baş vermiş qəzada xəsarət alanların kimliyi məlum olub.
Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, onlar Əliyev Nəbi (sürücü), Əliyev Pərviz və Əmirov Mübarizdir.
Qeyd edək ki, xəsarət alanlar minik maşınının sürücüsü və onun sərnişinləridir.
-----------
21:23
Ağdamda "Hyundai" markalı minik avtomobili traktora çırpılıb.
Milli.Az bildirir ki, hadisə Bərdə-Ağdam magistral yolunun Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərdən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində üç nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
TƏBİB-dən bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar 13.09.2025-ci il tarixində saat 18:30 radələrində 3 nəfər (kişi cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Müvafiq şöbələrdə müalicələri davam etdirilən pasiyentlərdən 1-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az