Dünya

Nigerin prezident qvardiyasının rəhbəri keçid hökumətinin başçısı olub

28 İyul 2023 14:46
Baxış: 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nigerin prezident qvardiyasının rəhbəri ölkədəki çevrilişdən sonra keçid hökumətinin başçısı olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, Nigerin prezident qvardiyasının rəhbəri Abdurahman Çiani demokratik yolla seçilmiş Məhəmməd Bazumun hakimiyyətini devirdikdən sonra Qərbi Afrika ölkəsinin keçid hökumətinin başçısı olub.

2015-ci ildə elit hərbi bölməyə rəhbərlik etmək üçün hərbi xidmətə çağırılan 62 yaşlı general Nigerin qərbindəki Tillaberi bölgəsindəndir. O, 2021-ci ilə qədər ölkəyə rəhbərlik etmiş keçmiş prezident Mahamadou İssoufunun yaxın müttəfiqidir.

General Çiani 2021-ci ilin martında, yeni seçilən Bazumun andiçməsinə bir neçə gün qalmış prezident sarayını ələ keçirməyə cəhd edən bir hərbi birləşmənin çevriliş cəhdinə qarşı müqavimətə rəhbərlik edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.