Dünya

Çində gimnaziyanın tavanı çökdü, 11 nəfər öldü

24 İyul 2023 11:58
Baxış: 785
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çinin Heyluntszyan əyalətinin Ciciqar şəhərində gimnaziya binasının beton tavanının çökməsi nəticəsində 11 nəfər həlak olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə ötən gün yerli vaxtla 14:56-da baş verib.

Məlumata görə, insident tələbə qızlardan ibarət basketbol komandasının məşqi zamanı baş verib. Hadisə yerində 19 nəfərin olduğu, onlardan dördünün qaçmağı bacardığı, 15 nəfərin isə dağıntılar altında qaldığı bildirilib.

Binanın tavanının güclü yağışlar səbəbi ilə çökməsi ehtimal olunur. Məlumata görə, istintaq zamanı binanın tikintisində qanunsuz olaraq suya qarşı dayanıqsız material perlitdən istifadə edildiyi aşkarlanıb, tikinti şirkətinin məsuliyyət daşıyan nümayəndələri saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.