Dünya

Odessa raket zərbələrindən sonra... - FOTO

23 İyul 2023 12:08
Baxış: 2 357
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya iyulun 23-nə keçən gecə Ukraynanın Odessa şəhərini raket atəşinə tutub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hücum nəticəsində 1 nəfər ölüb, 20-ə yaxın mülki şəxs yaralanıb.

Bundan başqa, mülki obyektlərə və yaşayış binalarına ziyan dəyib.

Ukrayna Hərbi Hava Qüvvələrinın yaydığı məlumata görə, Odessaya ballistik də daxil olmaqla müxtəlif tipli 19 raket atılıb. Hava hücumundan müdafiə qüvvələri onların yarısını vurub.

Ukrayna Prezident Volodimir Zelenski bildirib ki, "Rus terrorçuları dinc şəhərlərə raket zərbələrinə görə mütləq cavab alacaqlar".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.