Dünya

Ukrayna niyə S-300 raketlərini vura bilmir? - Ekspert

23 İyul 2023 15:58
Baxış: 1 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

S-300-lər ballistik raketlərdir. Onlar trayektoriyasını korrektə edə bilirlər. Bu, onların vurulmasının mümkünsüzlüyünün səbəblərindən biridir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov Rusiyanın S-300 raketlərinin çətinliklə vurulması ilə bağlı ünvanlanan suala cavabında deyib.

Onun sözlərinə görə, ruslar S-300-dən yerüstü hədəflərə qarşı istifadə etdikdə, bu raketlər 100 kilometrə qədər uça bilir:

"İstər koordinatlarla, istərsə də GPS ilə... 100 kilometri səsdən yüksək sürətlə bu raket bir neçə dəqiqə, hətta saniyə ərzində uçur. Xarkov sakinləri onun 40-50 saniyəyə uçduğunu yazıblar. Belə qısa müddətdə buraxılışın aşkarlanması, məlumatların işlənməsi, görüş nöqtəsinin hesablanması və S-300-ün hədəfə daxil olmasından əvvəl onun qarşısını almaq üçün raketin buraxılması demək olar ki, mümkün deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.