Dünya

Barda yanaraq öldülər

23 İyul 2023 09:46
Baxış: 1 360
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikada barda güclü yanğın olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Hadisə San Luis Rio Kolorado şəhərindəki "Beer House" barında baş verib.

Yanğın zamanı 11 nəfər ölüb.

Müstəntiqlərin fikrincə, hadisə nalayiq davranışlar sərgilədiyi iddia edilən ziyarətçilərdən birinin təqsiri üzündən baş verib.

Bir müddət sonra həmin şəxs geri qayıdıb və əsas girişə yanar qarışığı olan qab atıb.

Şübhəli şəhəri tərk etmək istəyərkən yaxalanıb.

Qurbanlar arasında həmin axşam çıxış edən "Mitosis Rock & Ska" musiqi qrupunun üç üzvü də olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.