NATO Baş katibi Yens Stoltenberq və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Baş katibi tviter hesabında paylaşım edib.
O bildirib ki, tərəflər Rusiyanın Qara dəniz taxıl sazişindən çıxması ilə bağlı fikir mübadiləsi aparıb.
"Biz Moskvanın qidanı silah mexanizminə çevirmək cəhdini qətiyyətlə pisləyirik. Müttəfiqlər NATO Sammitindən sonra Ukraynanın yanındadırlar, Ukrayna NATO-ya əvvəlkindən daha yaxındır", - deyə Stoltenberq vurğulayıb.
Milli.Az