Dünya

Putin: Polşanın müstəqilliyi əsasən SSRİ-nin sayəsində bərpa edilib

21 İyul 2023 14:30
Baxış: 1 396
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İkinci Dünya Müharibəsindən sonra Polşanın müstəqilliyi əsasən SSRİ-nin sayəsində bərpa edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi müşavirədə bildirib.

Putin indiki Polşanın qərb ərazilərini "Stalinin polşalılara hədiyyəsi" adlandırıb.

Onun sözlərinə görə, Polşa-Litva-Ukrayna hərbi birliyinin Ukraynanın sonrakı işğalı üçün istifadə edilməsi planlaşdırılır.

"Polşa liderləri, görünür, NATO çətiri altında koalisiya qurmağı, Ukraynadakı münaqişəyə müdaxilə etməyi və daha yağlı bir parça qoparmağa ümid edirlər. Polşa Belarusun da torpaqların bir hissəsini almaq istəyir", deyə Rusiya prezidenti vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.