Dünya

Ukraynada nazir istefa verib

21 İyul 2023 07:25
Baxış: 1 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko istefa ərizəsini ötən gecə, iyulun 20-də ölkənin Baş naziri Denis Şmıqala təqdim edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə nazir teleqramda yazıb.

"Müharibə zamanı mədəniyyətin əhəmiyyəti ilə bağlı anlaşılmazlıq dalğasına görə istefamı bu gecə Baş nazirə təqdim etdim. Yalnız sonradan prezidentin eyni məsələ ilə bağlı açıqlaması məni təəccübləndirib", - Tkaçenko bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Baş nazir Denis Şmıqala mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenkonun dəyişdirilməsi məsələsinə baxmağı tapşırıb.

Bu qərardan əvvəl Mədəniyyət Nazirliyinin Rusiya bazarında işləyən şirkətlərdən rusdilli məhsulun yaradılması üçün milyonlarla qrivna ayırması ilə bağlı qalmaqal yaranmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.