Dünya

Fransada hökumət dəyişir?

19 İyul 2023 23:56
Baxış: 993
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa prezidenti Emmanuel Makron iyulun 20-də Fransa hökumətində dəyişiklik edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Frans-Pres (AFP) dövlət başçısına yaxın mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Nazirlər Kabinetinin tərkibində dəyişikliklər cümə axşamı günü açıqlanacaq. Baş nazir Elizabet Born prezidentlə qarşıdan gələn dəyişiklikləri müzakirə etmək üçün Yelisey Sarayına gəlib.

BFMTV-nin iyulun 17-də verdiyi məlumata görə, Born hökumət başçısı postunu qoruyub saxlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.