Dünya

Ukrayna bizim işimizə qarışa bilməz - Qaribaşvili

16 İyul 2023 11:51
Baxış: 1 388
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna hakimiyyəti öz işləri ilə məşğul olmalı və Gürcüstanın daxili siyasi işlərinə qarışmamalıdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.

"Bizim öz baxışımız, öz planımız var, ona uyğun olaraq ardıcıl hərəkət edirik. Daxili siyasi məsələlərdə bizə kiminsə məsləhəti, müdaxiləsi lazım deyil. Bu, hər bir halda qəbuledilməzdir", - deyə Qaribaşvili bildirib.

Eyni zamanda, baş nazir Ukraynanın Gürcüstan səfirini Kiyevdən qovmaq qərarını ədalətsiz adlandırıb:

"Bu, Ukrayna hakimiyyətinin qəbul etdiyi əsassız, tamamilə ədalətsiz qərardır".

Qeyd edək ki, Ukrayna Ali Radası Gürcüstan prezidentini öz səlahiyyətindən istifadə edərək, Saakaşvilini azad etməyə çağırıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.