Dünya

Şəhərin mərkəzində deputatı döydülər

15 İyul 2023 20:00
Baxış: 1 195
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sankt-Peterburqda Nevski prospektində bələdiyyə deputatı rezin çubuqla döyülüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, buna səbəb iyulun 14-də saat 14 radələrində Duma qülləsi yaxınlığında baş verən yol qəzası olub. Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsi bildirib ki, münaqişə barədə "112" nömrəsinə zəng edən qadın məlumat verib.

Bildirilir ki, hadisə yerinə Rusiya Qvardiyasının dəstəsi gəlib və polisin köməyi ilə Aviakonstruktorov prospektinin 22 yaşlı sakini saxlanılıb. Zərərçəkmiş Mariinski xəstəxanasına göndərilib - ona qapalı kəllə-beyin travması, beyin silkələnməsi diaqnozu qoyulub. Tibbi yardım göstərildikdən sonra deputatın vəziyyəti qənaətbəxşdir. Hücum edən şəxs xuliqanlıqda ittiham olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.