Dünya

Bu şəhərə 11 ildən sonra qar yağdı - FOTO

11 İyul 2023 21:52
Baxış: 3 472
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Afrikanın ən böyük şəhəri olan Yohannesburqa qar yağıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, şəhərin sakinləri səhər yuxudan oyananda qar yağdığını görəndə heyrətləniblər. İyul ayı Cənub yarımkürəsində qış ayı olsa da, burada sonuncu dəfə qar 2012-ci ildə, yəni 11 il bundan əvvəl yağıb.

Mütəxəssislər bu hadisəni son vaxtlar dünyada baş verən iqlim dəyişiklikləri ilə əlaqələndirirlər.

Cənubi Afrika Meteoroloji Xidmət İdarəsi sakinlərə isti geyinməyi tövsiyə edib. Sinoptiklər qarın bir həftə davam edəcəyini proqnozlaşdırırlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.