Dünya

Atlantik okeanda yüzlərlə insan itkin düşüb

10 İyul 2023 13:20
Baxış: 1 106
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Seneqaldan İspaniyaya məxsus Kanar adalarına gedən 3 qayıq Atlantik okeanının sularında itib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, miqrantları Avropaya daşıyan "Caminando Fronteras" qeyri-hökumət təşkilatının nümayəndəsi Helena Maleno bildirib ki, qayıqlarda ümumilikdə 300 nəfər olub.

Onun sözlərinə görə, qayıqların birində təxminən 65 nəfər, digərində isə 50-60 nəfər olub. Onlar 15 gün əvvəl yoxa çıxıblar. Göyərtəsində təxminən 200 nəfərin olduğu başqa bir gəmi iyunun 27-də Seneqalı tərk edib və o vaxtdan bəri harada olduğu bilinmir.

Afrikanın qərb sahillərində yerləşən Kanar adaları İspaniyaya çatmağa çalışan miqrantların əsas məkanına çevrilib.

"Ailələr çox narahatdırlar. Onlar Seneqaldakı qeyri-sabitliyə görə gediblər", - deyə Maleno bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.