Dünya

Meri Poppins və Şerlok Holms haqqında filmlərin çəkildiyi ev satıldı

11 İyul 2023 03:29
Baxış: 593
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Londonun mərkəzində "Meri Poppins qayıdır" (2018) və "Bir dəlil olmadan" (1988) kimi filmlərin çəkilişində istifadə olunan ev 12 milyon funta (15,4 milyon dollar) satılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 18-ci əsrə aid malikanə Vestminster Abbatlığında cənub tağına və yaxınlıqdakı "Big Ben"ə baxır.

Evin umumi sahəsi 700 kvadratmetrdir. Burada səkkiz yataq, beş vanna və eyni sayda qonaq otağı var.

Mülkün "Sotheby's" hərracında satıldığı bildirilir. Onun yeni sahibinin adı açıqlanmır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.