Dünya

Polşa Belarusla sərhədə əlavə canlı qüvvə və texnika göndərir

7 İyul 2023 22:38
Baxış: 731
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşa Silahlı Qüvvələri ölkənin Şərq sərhədinə əlavə 1000 əsgər və 200 texnika yerləşdirəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə 12-ci Şeçin mexanikləşdirilmiş diviziyası məlumat yayıb.

"Biz Polşanın şərqində mövcudluğumuzu gücləndiririk. 12-ci mexanikləşdirilmiş briqada və 17-ci mexanikləşdirilmiş briqadadan 1000 əsgər və 200-ə yaxın texnika Polşanın şərqinə hərəkət edəcək", - məlumatda deyilir.

Konvoyların hərəkəti ilə əlaqədar ölkənin şimal, şərq və mərkəzi hissələrində avtomobil yollarında nəqliyyatın hərəkətində artım gözlənilir.

"Əməliyyatın məqsədi sərhədimizdə vəziyyətin sabitliyini pozmaq cəhdlərinə dərhal reaksiya vermək iradəsini və bacarığını nümayiş etdirməkdir", - diviziya qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.