Dünya

İranda daha bir etirazçı müəllim işdən qovuldu

7 İyul 2023 14:56
Baxış: 417
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Bocnurd şəhərində etiraz aksiyalarında iştirak etdiyinə görə İlahə Sadiqi adlı müəllim işdən qovulub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası məlumat yayıb.

Ona qarşı "sosial mediada din xadimlərini təhqir edən materialların paylaşımı" ittihamı irəli sürülb.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb, onların bir çoxuna qarşı "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.