Dünya

Bu ölkədə məktəblilərə mobil telefondan istifadə qadağan ediləcək

5 İyul 2023 16:38
Baxış: 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Niderlandda 2024-cü il yanvarın 1-dən məktəblilərə diqqəti yayındırdığı və nəticələrə təsir etdiyi üçün sinifdə mobil telefon, planşet və smart saatdan istifadə etmək qadağan ediləcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.

"Mobil telefonların həyatımızla sıx bağlı olmasına baxmayaraq, onların sinifdə yeri yoxdur. Şagirdlər diqqətini cəmləməyi bacarmalı və onlara yaxşı oxumaq imkanı verilməlidir. Elmi araşdırmalar göstərir ki, mobil telefonlar buna mane olur", - ölkənin təhsil naziri Robbert Deykqraaf bildirib.

Hökumət qeyd edib ki, cihazlardan istifadəyə yalnız rəqəmsal bacarıq dərsləri zamanı, tibbi səbəblərə görə və ya əlillər tərəfindən istifadə üçün icazə veriləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.