Dünya

“WhatsApp”dan video ilə bağlı çoxdan gözlənilən yenilik - FOTO

4 İyul 2023 16:26
Baxış: 1 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"WhatsApp" istifadəçilərə çoxdan gözlənilən imkan təqdim edir. Belə ki, artıq mesencerlə videoları yüksək keyfiyyətdə göndərmək mümkün olacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, istifadəçilər göndərdikləri videoların keyfiyyətini özləri seçə biləcəklər.

Ancaq "yüksək keyfiyyət" seçimində belə fayllarda sıxılma olacaq.

"Seçim istifadəçilərə videoları orijinal keyfiyyətində paylaşmağa imkan vermir, lakin yeni funksiya ilə o, xeyli təkmilləşdirilib", - deyə ekspertlər izah ediblər.
Qeyd olunur ki, videoların yüksək keyfiyyətdə göndərilməsi funksiyası statuslara şamil edilməyəcək.

"WhatsApp"ın yeni funksiyası "iOS" əsaslı mesencerin "beta" versiyasının yeniləməsində işləkdir. Funksiya inkişaf mərhələsindədir, tətbiqin gələcək yeniləməsində yeni variant tətbiq oluna bilər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.