İran komandanlığı ballistik raketləri İranın qərbində, İraqla həmsərhəd Kirmanşah əyalətində yerləşdirib.
Milli.Az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə "The Jerusalem Post" İsrailin şimal sərhədlərinə təhlükələri təhlil edən Alma Araşdırma və Təhsil Mərkəzinə (Alma Research and Education Center - Qeyd) istinadən xəbər verir.
Peyk görüntülərinə görə, bölgədə ən azı 140 raket anbarı olan üç yeraltı obyekt var. Xüsusilə, İran hərbçiləri burada İraqdan 150 km aralıda "Qiam-1" qısa mənzilli ballistik raketlərini quraşdırıblar.
Bundan əlavə, hava hücumundan müdafiə sistemləri yerli dərələrdən birində yerləşdirilib. Yeraltı tikililər də "Fateh-110" raketlərini saxlamaq üçün də istifadə edilə bilər.
Milli.Az