Dünya

İƏT-dən Quranın yandırılması ilə bağlı çağırış...

2 İyul 2023 23:15
Baxış: 1 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr ilamın simvollarını təhqir edən təkrar hərəkətlərə son qoymaq üçün kollektiv fəaliyyətə çağırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Əl-İxbariyyə" telekanalı məlumat yayıb.

"Qurani-Kərimi ləkələmək və islam peyğəmbərini təhqir etmək islamofobiyanın yeganə təzahürü deyil. Müsəlman ölkələri bunun qarşısını almaq üçün kollektiv tədbirlər görməlidir", - deyə İƏT rəhbəri İbrahim Taha bildirib.

Qeyd edək ki, İsveçin paytaxtı Stokholmda Qurban bayramının ilk günü "Stokholm" məscidinin qarşısında İraq əsilli Salvan Momika polisin müşayiəti ilə Quranı ayaqlar altına ataraq, yandırmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.