Dünya

Dağıstana hava şarı düşdü: "Pilot deyib ki..." - VİDEO

1 İyul 2023 23:24
Baxış: 1 453
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dağıstanda hava şarı qəzaya uğrayıb.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin Baş İdarəsi məlumat yayıb.

"Polisə və Fövqəladə Hallar Nazirliyinə heç kim müraciət etməyib, amma fakt baş verib. Pilotun dediyinə görə, bu, təcili eniş olub", - məlumatda deyilir.

Hadisə nəticəsində 4 nəfərin yaralandığı bildirilir.

Respublika prokurorunun böyük köməkçisi Tatyana Qolubova TASS-a bildirib ki, Dağıstan prokurorluğu Mahaçqalada Tarki-Tau dağının yamacında insanların olduğu şarın düşməsi barədə internetdə məlumat yayıldıqdan sonra araşdırma aparır .

Bundan əvvəl Dağıstanda göyərtəsində insanların olduğu şarın düşdüyü bildirilirdi. Şarın Mahaçqalada Tarki-Tau dağının yamacında qayaya dəydiyi deyilirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.