Dünya

Cənubi Afrikada yüksək patogenli quş qripi aşkar edilib

27 İyun 2023 15:58
Baxış: 649
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Afrikanın şərqində yüksək patogenli quş qripinin yayılması ilə bağlı iki hal aşkar edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Citizen Digital" portalı Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, Mpumalanqa əyalətində yeni H7 ştamından 9,5 min ev quşu tələf olub. Əvvəlki H5N1 ştammı 2021-ci ildə dünyada yüz milyonlarla quşun ölümünə səbəb olmuşdu. O zaman Cənubi Afrika ilə yanaşı, yüksək patogenli quş qripinin epidemiyaları Vyetnam, İsveç və Fransada da qeydə alınmışdı.

Virus toyuqları, ördəkləri və qazları yoluxdurur, lakin vəhşi təbiətdə də quş qripinə yoluxma halları qeydə alınır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.