Dünya

Sərnişinlə dolu təyyarəni ildırım vurdu – VİDEO

26 İyun 2023 23:54
Baxış: 2 798
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Arkanzas şəhər hava limanında sərnişinlərlə dolu təyyarəni iki dəfə ardıcıl ildırım vurub.

Milli.Az musavat.com-a istinadən bildirir ki, American Eagle aviaşirkətinə məxsus təyyarə tufanlı havada eniş edib, eniş dəhlizinə yaxınlaşmaq üçün küləyin dayanmasını gözləyirmiş.

Daily Mail-in yaydığı videodan aydın olur ki, ildırım nəticəsində təyyarədəki sərnişinlərdən xəsarət alan olmayıb. Onların hamısı sağ-salamat təyyarəni tərk ediblər.

Xatırladaq ki, iyunun 18-də Rusiyanın "Sibir" aviaşirkətinə məxsus təyyarə Abakandan Novosibirskə uçarkən havada onu ildırım vurub. Təyyarə zədə alsa da, salamat eniş edə bilib. Sərnişinlər təyyarəni tərk etdikdən sonra onun gövdəsində ildırımın yaratdığı yanıq işləri aşkarlanıb. Şirkət təyyarə tam yoxlananadək onu reyslərdən kənarlaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.