Dünya

“Taliban” qadınların “azad insanlar” statusunu bərpa etdi

26 İyun 2023 18:34
Baxış: 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Taliban" rejimi qadınları "ənənəvi zülmdən" azad edib, onları "azad insanlar" statusuna qaytarıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə hərəkatın ali lideri Həybətullah Axundzadə çıxış edib.

"Qadınları bir çox ənənəvi zülmlərdən, o cümlədən məcburi nikahlardan xilas etmək üçün konkret tədbirlər görülüb, onların şəriət hüquqları qorunub. Qadının azad və ləyaqətli insan statusu bərpa edilib və bütün qurumlar buna riayət etməyə, qadınlara nikah, vərəsəlik və digər hüquqların təmin edilməsində kömək etməyə borcludur", - Axundzadənin Qurban bayramı münasibətilə bazar günü yayılan təbrikində deyilir.

O bildirib ki, "Taliban" qadınların islam şəriətinə uyğun olaraq rahat və firavan həyat yaşamalarını təmin etmək üçün onların vəziyyətini yaxşılaşdırmaq məqsədilə lazımi addımlar atıb. "Taliban" lideri qeyd edib ki, Əfqanıstanda qadınların problemləri, digər məsələlərlə yanaşı, "20 illik işğalın mənfi tərəfləri" ilə bağlıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.