Dünya

ABŞ Cənubi Qafqazda sülh istəmir - Koribko

25 İyun 2023 18:10
Baxış: 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın həqiqətən də Azərbaycan və Ermənistan arasında sülhə vasitəçilik edəcəyi ehtimalı azdır. Çox güman ki, Ermənistanın cavabı Rusiyanın rəhbərlik etdiyi KTMT-dən tədricən NATO lehinə imtina etməsi olacaqdır.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bunu siyasi ekspert Endryu Koribko deyib.

Onun sözlərinə görə, davamlı sülh sazişi üçün Ermənistandan əsas üç şey tələb edilir:

"Birincisi, Azərbaycanın ərazi bütövlüyünə hörmətini rəsmi və yazılı şəkildə təsdiq etməlidir, ikincisi, Azərbaycandakı erməni separatçıları rəsmən pisləməlidir,üçüncüsü, 1990-cı illərdən Azərbaycana gələn erməni müstəmləkəçilər öz vətənlərinə qaytarmalıdırlar. Sonuncu qeyd olunanlar Rusiya sülhməramlılarının məsuliyyət zonasını əhatə etdiyinə görə, o, Moskva ilə razılaşdırılmalı idi, bu da Vaşinqtonda keçiriləcək danışıqların çox güman ki, razılaşma ilə nəticələnməyəcəyini göstərir.

Əlavə olaraq ABŞ regional gərginliyin qeyri-müəyyən müddətə davam etməsi və onların açıq münaqişə həddinə qədər kəskinləşməsi yolu ilə Cənubi Qafqazı bölmək və idarə etməkdə maraqlıdır. O, bunu Rusiya, İran və Türkiyəni "nəzarət altında saxlamaq" üçün ayrılmaz bir şey hesab edir. Son bəhs edilən NATO müttəfiqi olsa da, müstəqil xarici siyasət həyata keçirir və bu, Vaşinqtonu qəzəbləndirir.

Bu ssenari Vaşinqtonun xeyrinə regionun daha çox bölünməsinə və idarə olunmasına töhfə verəcək".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.