Dünya

“Vaqner” Rustovdakı qərargahını belə tərk edir - FOTO

25 İyun 2023 09:00
Baxış: 1 531
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Vaqner" Xüsusi Hərbi Şirkətinin hərbçiləri Rostov-Donu tərk etməyə başlayıblar.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Cənub Hərbi Dairəsinin qərargahı yaxınlığında onların tankları toplanır.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb. Priqojin Lukaşenkonun "Vaqner" qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.

***

"Vaqner" silahlı qruplaşması Rostov-Donu tərk edərək öz səhra düşərgələrinə yollanıblar.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubev teleqram kanalında yazıb.

"Mən bu fövqəladə şəraitdə bütün Rostov vilayətində həyatı təmin edən hər kəsə minnətdaram", - deyə qubernator qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.