Dünya

Putin yenə Şoyquya etibar edir? - Peskov

25 İyun 2023 08:54
Baxış: 1 559
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putinin müdafiə naziri Sergey Şoyquya inamı ilə bağlı hər hansı dəyişiklikdən xəbərim yoxdur.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov onu da vurğulayıb ki, Müdafiə Nazirliyində kadr dəyişiklikləri prezidentin səlahiyyətindədir və üsyanın yatırılması ilə bağlı Belarusun rəhbəri Aleksandr Lukaşenko ilə "Vaqner" şirkətinin təsisçisi Yevgeni Priqojin arasında təmaslar zamanı müzakirə oluna bilməz.

Qeyd edək ki, iyunun 23-ü axşam saatlarında üsyanın başladığı elan edildikdən sonra Rusiya müdafiə naziri Şoyqu heç bir açıqlama verməyib.

Xatırladaq ki, Lukaşenkonun apardığı danışıqların nəticəsində Priqojin qiyamdan imtina edib və döyüşçüləri ilə səhra düşərgəsinə geri qayıdıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.