Dünya

İsrail vətəndaşlarına Rusiyaya səfərlə bağlı xəbərdarlıq edib

24 İyun 2023 22:22
Baxış: 1 072
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail hökuməti öz vətəndaşlarına son hadisələr fonunda Rusiyaya səfərlərinin məqsədəmüvafiqliyini araşdırmağı tövsiyə edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin yaydığı tövsiyədə deyilir.

Hazırda Rusiyada baş verən hadisələri nəzərə alaraq, İsrail Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiyaya yalnız zərurət olduğu halda səfər etməyi tövsiyə edir. Rusiya Federasiyasındakı İsrail vətəndaşları orada qalmağa davam etməli və istənilən halda gərginlik ocaqlarından uzaq durmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.