Dünya

Rusiyada hərbi qiyam: "Vaqner"lə nizami ordu arasında DÖYÜŞLƏR BAŞLADI

23 İyun 2023 23:56
Baxış: 2 683
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bir az əvvəl Yevgeni Priqojin iddia edib ki, Rusiya ordusu "Vaqner"in düşərgələrinə raket zərbələri endirib, çoxlu ölən var. O, "indi növbə bizdədir", - deyib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə politoloq Şahin Cəfərli məlumat yayıb.

Bildirilir ki, bu açıqlamadan qısa müddət sonra Priqojin "Vaqner"in Komandirlər Şurasının qərarını elan edib:

"Ölkə hərbi rəhbərliyinin təmsil etdiyi şər dayandırılmalıdır. Biz hər kəsdən xahiş edirik ki, müqavimət göstərməsinlər. Müqavimət göstərən hər kəs dərhal məhv ediləcək - yolumuza çıxacaq istənilən blok-post, başımızın üstündə görəcəyimiz istənilən aviasiya da daxil olmaqla...

Hər kəsi sakitliyi qorumağa, təxribatlara uymamağa, evində oturmağa çağırırıq. Bizim hərəkət marşrutumuzdakı yollara çıxmamaq məsləhətdir. Başladığımız işi sona çatdırandan sonra vətəni qorumaq üçün cəbhəyə dönəcəyik. Silahlı qüvvələrdə ədalət bərpa olunacaq... "

İqor Strelkov (Girkin) hadisələri "Rusiyada hərbi çevriliş cəhdi başladı" deyə şərh edib.

Rusiya Müdafiə Nazirliyi isə Priqojin adından yayılan məlumatları və görüntüləri yalan və informasiya təxribatı adlandırıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.