Dünya

Polis velosipedçini vurdu, sonra bıçaqladı

22 İyun 2023 16:50
Baxış: 1 023
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskva vilayətində yol polisi əməkdaşına qarşı qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, iyunun 15-də avtomobili idarə edən polis Kosyakovo kəndi yaxınlığında yolda idarəetməni itirərək qarşıdan gələn zolağa çıxıb.

Hadisə nəticəsində o, yolda hərəkətdə olan velosipedçini vurub. Sonra o, dayanıb və zərərçəkmişin işini bitirmək qərarına gəlib, bıçağı çıxarıb, yerdə uzanmış zərərçəkmişə yaxınlaşıb və mədəsinə nüfuzedici zərbə endirdikdən sonra hadisə yerindən qaçıb.

Bıçaqlanan velosipedçini yoldan keçənlər görüb və hadisə barədə təcili xidmətə məlumat veriblər. Zərərçəkmiş ən yaxın xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Bir neçə gün sonra müstəntiqlər təcavüzkarın şəxsiyyətini müəyyənləşdirə biliblər. Polis həbs edilib və barəsində cinayət işi açılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.