Dünya

Çində "mavi" XƏBƏRDARLIQ

20 İyun 2023 08:36
Baxış: 1 676
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin bir neçə bölgəsində leysan yağışları ilə əlaqədar "mavi" səviyyədə xəbərdarlıq elan edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Çinin Meteorologiya Mərkəzi Yünnan, Quycou, Hunan, Ciansi, Anhuy, Cıcian əyalətləri, habelə Quansi Cuan, Tibet və Daxili Monqolustan muxtar rayonlarında gün ərzində şiddətli yağışların müşahidə olunacağı barədə məlumat yayıb. Bəzi yerlərdə yağıntının miqdarının aylıq normanı ötəcəyi, ildırım və fırtına olacağı proqnozlaşdırılıb.

Meteorologiya Mərkəzi yerli hökumətlərə leysan yağışlarının törədə biləcəyi fəsadlara hazır olmaq barədə tövsiyə verib. Uşaq bağçalarına və məktəblərə şagirdlərin təhlükəsizliyini diqqətdə saxlamaq tapşırılıb. Yollara su dolmaq ehtimalı ilə əlaqədar sürücülərə ehtiyatlı olmaq tövsiyə edilib.

Qeyd edək ki, Çində anormal hava şəraiti ilə əlaqədar dördpilləli xəbərdarlıq sistemi var. Ən aşağı səviyyə "mavi", ardınca "sarı" və "narıncı", ən yüksək isə "qırımızı"dır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.