Dünya

Qərbin əks-hücuma dəstəyi: 60 min əsgər hazırlanıb

16 İyun 2023 12:14
Baxış: 1 171
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qərb ölkələri əks-hücumda iştirak etmək üçün təxminən 60 min Ukrayna əsgəri hazırlayıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli məlumat verib.

O, Kiyevə silah və hərbi texnika tədarükünü koordinasiya edən qrupun növbəti iclasının nəticələrinə yekun vurub:

"Ümumiyyətlə, beynəlxalq səylər nəticəsində 60 minə yaxın Ukrayna əsgəri hazırkı hücum əməliyyatı üçün hazırlanıb".

Xatırladaq ki, 60 min əsgərdən 24 mininə AB ölkələri təlim keçib.

Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı iyunun 4-də başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.