Dünya

Rəsmən TƏSDİQLƏNDİ! İki ölkə yeni müqaviləyə imza atır - 2025-ci ildə...

15 İyun 2023 08:09
Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya İsraildən hava hücumundan müdafiə sistemləri alacaq.

Milli.Az musavat.com-a istinadən bildirir ki,alman millət vəkilləri İsraildən təxminən 4,3 milyard avro dəyərində "Arrow 3" hava hücumundan müdafiə sisteminin alınması üçün 560 milyon avro avans ödənişini təsdiqləyib.

Sözügedən hava hücumundan müdafiə sistemləri üçün ödənişlər Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ölkənin müdafiəsini gücləndirmək üçün baş nazir Olaf Şolts tərəfindən açıqlanan 100 milyard avroluq fond tərəfindən qarşılanacaq.

Müqavilə planlaşdırıldığı kimi getsə, Almaniyanın 2025-ci ilin son rübündə "Arrow 3" hava hücumundan müdafiə sistemi alacağı gözlənilir.

Şolts verdiyi açıqlamada sözügedən müdafiə sərmayəsinin "yalnız Almaniyaya aid olmayan böyük bir layihə" olduğunu ifadə edib: "İşlərin yavaş-yavaş irəlilədiyinə və hər şeyin təsdiqlənəcəyinə inanırıq".

Yer atmosferinin üzərində raketləri vurmaq üçün nəzərdə tutulan uzaqmənzilli "Arrow 3"ün qonşu Avropa İttifaqı ölkələrini də qoruyacağı gözlənilir.

İsrail mətbuatının məlumatına görə, "Arrow 3" sistemi 2400 kilometrə qədər məsafədən atılan ballistik raketləri ələ keçirə bilir. Sistem ilk dəfə 2017-ci ildə İsrailin aviabazasında yerləşdirilib, İsraili İran və Suriyadan gələcək hücumlardan qorumaq üçün istifadə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.