Dünya

Rusiyada sel mikroavtobusu apardı

14 İyun 2023 17:10
Baxış: 744
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vladiqafqazdan Mozdoka gedən magistral yolda sel axını içərisində sərnişinlər olan mikroavtobusu dərəyə aşırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mikroavtobus Batako və Zilgi kəndləri arasında qəzaya uğrayıb. Nəticədə bir sərnişin dünyasını dəyişib. Qalan 15 sərnişin, o cümlədən iki uşaq və sürücü nəaliyyat vasitəsindən çıxa bilib. Lakin güclü yağış nəticəsində yaranan su axını onların yola çatmasına mane olub.

Rayon Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, xilasedicilər mikroavtobusdakı insanları xilas ediblər. Həlak olan sərnişinin cəsədini çıxarmaq üçün isə ağır xüsusi texnika cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.