Dünya

Ukrayna Rusiyanı bu iki məsələdə ittiham etdi

13 İyun 2023 08:09
Baxış: 786
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Beynəlxalq Ədalət Məhkəməsindən Rusiyanın iki beynəlxalq konvensiyanı pozduğunu tanımasını tələb edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Bildirilib ki, Ukrayna Rusiyanın Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Mübarizə üzrə Beynəlxalq Konvensiyanı və İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Beynəlxalq Konvensiyanı pozduğunu vurğulayıb.

Həmin pozuntuya görə Kiyev Moskvadan maliyyə təzminatı tələb edib.

Rusiya tərəfi bu iddialara uyğun olaraq rəsmi mövqeyini iyunun 14-də təqdim edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.