Dünya

Çimərlikdə dəhşətli anlar: Köpəkbalığı turistə hücum etdi - VİDEO

9 İyun 2023 12:18
Baxış: 1 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirin Hurqada şəhərində çimərlik yaxınlığında köpəkbalığı turistə hücum edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun sevgilisi yırtıcıdan xilas ola bilib.

Əldə edilən məlumata görə, hadisə sahildən təxminən 30 metr aralıda digər istirahət edənlərin gözü qarşısında baş verib.

Hadisə şahidləri dəhşət yaşayıblar, turistlərin heç biri suya buraxılmır. Qonşu otellərin çimərliklərində də oxşar vəziyyət olduğu bildirilir. 

Məlumata görə, son bir neçə gün ərzində bir çoxları köpəkbalığının üzgəcini görsələr də, istirahət edənlər və xilasedicilər onun delfin olduğunu zənn ediblər.

İnsidetdən qısa müddət sonra qatil köpəkbalığının tutularaq zərərsizləşdirildiyi qeyd olunur. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.