Dünya

Makrona məxsus restoranın yaxınlığında gərginlik

7 İyun 2023 08:00
Baxış: 848
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransada pensiya islahatına qarşı ümummilli etiraz nümayişi keçirilir.

Milli.Az axar.az-a istinadən bildirir ki, Parisdə Montparnasse prospektindəki "La Rotonde" restoranı yaxınlığında pensiya islahatı əleyhinə etirazçılar və polis arasında qarşıdurma olub.

Qeyd edək ki, Prezident Emmanuel Makron 2017-ci ildə ilk dəfə prezident seçildikdən sonra qələbəsini məhz "La Rotonde" restoranında qeyd etmişdi. Belə bir fikir dolaşır ki, bu restoran elə E.Makrona məxsusdur. Buna görə də nümayişçilər restoranın vitrinini sındırmağa cəhd ediblər. Polis restoranın ətrafını mühasirəyə alaraq qoruyub. Nümayişçiləri dağıtmaq üçün su şırnağından da istifadə edilib.

Polis Parisdə səhər saatlarında 2700 yoxlama apardığını və 14 nəfərin dindirildiyini bildirib. Həmçinin, polis müvəqqəti saxlanılanların da olduğunu söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.