Dünya

Müəllim ölən anasının pensiyasını almaq üçün görün nə etdi?

6 İyun 2023 21:35
Baxış: 1 225
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskva vilayətinin Ramenskoye şəhərində müəllim pensiya almaq üçün ölmüş anasının cəsədinin üzərinə beton töküb.

Milli.Az lent.az-a istinadən bildirir ki, burada fərdi evin ərazisindəki yarıdmçı tikilidə yerləşən duş otağının döşəməsində 88 yaşlı qadının meyiti tapılıb. Mərhumun 36 yaşlı nəvəsi bildirib ki, bir il əvvəl nənəsini evdə 61 yaşlı müəllim anası basdırıb.

Mərhumun qızı anasının öz əcəli ilə öldüyünü iddia edir. Qadın pensiyanı almaq üçün anasının ölümü barədə heç kimə danışmaq istəməyib və cəsədin üstünü betonla doldurub.

Hadisə ilə bağlı araşdırma aparılır və təqaüdlər ləğv edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.