Dünya

Kaxovka SES partladıldı - Daşqın gözlənilir - VİDEO

6 İyun 2023 10:19
Baxış: 1 880
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya qoşunları Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik Stansiyasını partladıb".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Cənub" Əməliyyat Komandanlığı yayıb.

Bildirilir ki, Dnepr çayı yaxınlığında yerləşən qəsəbələri sel təhlükəsi gözləyir.

Hazırda dağıntının miqyası, suyun sürəti və həcmi müəyyən edilir.

Xerson şəhərinin sağ sahilində və daşqın gözlənilən kəndlərdə əhalinin avtobuslarla təxliyəsinə başlanılıb.

Rusiya tərəfi isə, öz növbəsində, Kaxovka SES-ə Ukrayna ordusunun atəş açdığını iddia edir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.