Dünya

Rusiyalı deputat vəfat edib

31 May 2023 15:58
Baxış: 925
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Dövlət Dumasının deputatı, hakim Vahid Rusiya Partiyasının üzvü Viktor Zubarev 62 yaşında vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı partiyanın qanunverici orqandakı fraksiyasının Mətbuat xidməti yayıb.

Qeyd edək ki, Viktor Vladislavoviç Zubarev 1961-ci il fevralın 20-də Krasnoyarsk diyarının Ujur şəhərində anadan olub.

V,VI,VII və VIII çağırışlarda Dövlət Dumasının deputatı seçilib.

Dumanın Büdcə və vergilər üzrə komitəsinin üzvü olub.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və başqa dövlətlər ona qarşı da sanksiya tətbiq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.