Dünya

Rusiyaya məxsus 3 PUA vuruldu

27 May 2023 23:38
Baxış: 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna qoşunları Rusiya ordusunun şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə dörd, habelə zenit-raket komplekslərinə üç zərbə endirib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.

Bundan əlavə, bu gün Rusiyaya məxsus üç müxtəlif tipli PUA məhv edilib.

"Raket və artilleriya bölmələri silah və hərbi texnikanın cəmləşdiyi əraziyə, 2 komanda məntəqəsinə, 2 sursat anbarına və düşmənin daha bir mühüm hərbi obyektinə zərbələr endirib", - Baş Qərargahın axşam hesabatında deyilib.

"Ukraynanın bütün ərazisində raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksək olaraq qalır", - Baş Qərargah xəbərdarlıq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.