Dünya

KİV: Ukraynalı hərbçilər "M1 Abrams" tanklarında təlimlərə başlayıb

27 May 2023 21:39
Baxış: 854
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynalı hərbçilər Amerikanın "M1 Abrams" tanklarında təlimlərə başlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, 400-ə yaxın ukraynalı hərbçi Almaniyada Amerikanın "M1 Abrams" tanklarında təlimlərə başlayıb.

Bildirlib ki, Ukrayna əsgərlərinin ilk qrupuna ən qabaqcıl döyüş tankı kimi tanınan "Abrams"ları "necə idarə etmək və onlara qulluq etmək" mövzusunda təlimlər keçirilir.

Qrupun yarısı Almaniyanın cənubundakı Grafenvoehr və Hohenfels şəhərlərində təlimə başlayıblar, onlara tibbi bacarıqlar və atəş açmaq öyrədilir. Digər yarısı isə çənlərə yanacaq doldurmaq və tanklara qulluq etmək üçün təlimə başlayıb.

Təxminən 31 tankın 10-12 həftə davam edəcəyi gözlənilən təlim proqramında istifadə edilmək üçün Almaniyaya göndərildiyi qeyd olunur.

"Abrams" tanklarından istifadənin Ukraynaya Rusiya qarşısında böyük texnika üstünlüyü verəcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.