Dünya

53 yaşında dünyanın ən hündür zirvəsinə 27-ci dəfə çıxdı: Rekord qırdı - FOTO

18 May 2023 09:29
Baxış: 915
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış nepallı alpinist Kami Rita dünyanın ən yüksək zirvəsi Everestə (8848) 27-ci dəfə qalxaraq dünya rekordunu qırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, o, ilk dəfə 1994-cü ildə Everesti fəth edib. 53 yaşlı alpinist o vaxtdan bəri daha 26 dəfə dağa çıxıb.

O, həmçinin 8000 m-dən yuxarı zirvələrə ən çox qalxma rekorduna sahibdir.

K.Rita səkkiz dəfə Ço Oyu dağına (8201 m), 3 dəfə Manasluya (8163 m), həmçinin hər biri bir dəfə K2 (Çoqori, 8614 m) və Lhotseyə (8516 m) çıxıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.