Dünya

Astronomlar Yer ölçüsündə bir planet kəşf ediblər

19 May 2023 06:04
Baxış: 1 641
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Astronomlar Günəş sistemindən kənarda vulkanik olaraq aktiv olduğu güman edilən Yer ölçüsündə bir planet kəşf ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

LP 791-18 d planeti Yerdən təqribən 90 işıq ili uzaqlıqda yerləşir. Mütəxəssislərin fikrincə, bu planet Yerdən yalnız bir qədər böyük və daha ağır kütləlidir.

Qeyd olunur ki, kəşf TESS, "Spitzer" teleskoplarının və bir sıra yerüstü rəsədxanaların məlumatlarının təhlili nəticəsində edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.