Dünya

Rəqs videoları ilə gündəm olan müəllim universitetdən qovuldu - VİDEO

17 May 2023 12:12
Baxış: 6 810
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliyada çəkdiyi videolarla sosial mediada gündəm olan və dünyanın bir sıra ölkələrindən izləyicilər toplamağa başlayan biologiya müəlliməsi Cibelly Ferreira universitetdən qovulub.

Milli.Az metbuat.az-a istinadla xəbər verir ki, sosial mediada milyonlarla izləyicisi olan müəllimənin tələbələriylə videolar çəkməsi ona marağı daha da artırıb. Videoları araşdıran təhsil dairələri, müəllimənin videolarında cinsi məzmunlar olduğunu əsas gətirərək, onu işdən qovub. Məlum olub ki, müəllimə çəkdiyi videoları sosial mediaya yerləşdirməklə yanaşı, onları saytlara sataraq pul əldə edirmiş.

Qeyd edək ki, biologiya müəlliməsi Cibelly Ferreira əsasən rəqs videoları ilə tanınırdı. O videoları univeristetdə çəkirdi. Müəllimə iddia edib ki, rəsq videoları çəkəndən sonra tələbələrin dərsə marağı artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.