Dünya

Televiziya aparıcısı əyləncə zamanı öldü - FOTO

11 May 2023 21:20
Baxış: 1 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada keçirilən "Böyük Qardaş" yarışma proqramı ilə məşhurlaşan televiziya ulduzu Monika Sirianni ölüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, dostları ilə İtaliyanın Katanzaro əyalətindəki Soveria Mannelli bölgəsinə gedən Monika Sirianni əylənərkən yıxılıb.

Bildirilib ki, 37 yaşlı Monika Siriannini xilas etmək mümkün olmayıb.

İnfarkt keçirmiş ola biləcəyi ehtimalına diqqət çəkən Monika Sirianninin ölümünün dəqiq səbəbi hələ açıqlanmayıb.

Sirianni 2011-2012-ci illərdə yayımlanan "Böyük Qardaş"ın 12-ci mövsümündə iştirak edib. O, şouya qatıldıqdan bir ay sonra şoudan kənarlaşdırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.