Dünya

Bu ölkədəki istilər bütün rekordları qırdı

8 May 2023 07:41
Baxış: 1 315
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vyetnamda indiyə qədər qeydə alınmış ən yüksək temperatur 44 dərəcədən bir qədər çox olub və ekspertlər iqlim dəyişikliyi səbəbindən onun tezliklə daha da yüksələcəyini proqnozlaşdırırlar.

Milli.Az lent.az-a istinadən bildirir ki, rekord rəsmilərin günün ən isti vaxtında insanlara evdə qalmaları barədə xəbərdarlıq etdiyi şimaldakı Thanhoa əyalətində qeydə alınıb.

Regionun digər ölkələrində də həddindən artıq isti hava müşahidə olunub.

Tailandın qərbindəki Mak əyalətində rekord temperaturun 44,6°C olduğu bildirilir.

Bu arada, Myanma mediası ölkənin şərqindəki bir şəhərdə 43,8°C-nin qeydə alındığını və son on ilin ən yüksək temperaturu olduğunu bildirib.

Hər iki ölkə musson yağışlar mövsümündən əvvəl isti dövr yaşayır, lakin istilərin intensivliyi rekord qırıb.

Vyetnamda əvvəlki 43,4°C temperatur rekordu dörd il əvvəl mərkəzi Haytin əyalətində qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.