Dünya

Gecə 3-də Putin Kremldə olmur: Bəs, niyə vuruldu?

4 May 2023 20:12
Baxış: 1 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Niyə Kremli məhz gecə saat 3-də dronla vurdular? Aydındır ki, Putin o zaman Kremldə olmur, elədirmi? Cavab: Ona görə ki, bu, ABŞ və İngiltərənin Kremlə qarşı taktikasıdır. Bu min bir kiçik addım və ya qurbağanı yavaş-yavaş isinən suda qaynatmaq taktikasıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

"Bu taktikanı ABŞ ona görə seçir ki, onlar Putinin sərt addımlara daha sərt cavab verəcəyindən qorxurlar. Ona görə də kəskin addımlar yox, min kiçik addımlar atılır. Putinin nüvə silahı ilə zərbə endirməməsi üçün onu yavaş-yavaş, az qala hiss olunmayacaq şəkildə əzmək lazımdır.

Praktiki olaraq bu o deməkdir ki:

1. Birincisi, gecənin yarısında Kremlə PUA zərbəsinə edək, bu, xof nümayişdir;

2. Sonra gecə saat 12-də zərbə;

3. Ardınca günortadan sonra daha bir zərbə;

4. Sonra Putinin şəhərdən kənardakı iqamətgahına zərbə;

5. Sonra Putinin təyyarəsinə və ya helikopterinə zərbə.

Bundan sonra hamı "Putin üçün qəribə ov"un siyasi mənzərə olduğuna adət edəcək. Putinə ölümcül zərbə məhz o zamana hazırlanır. Hələ vaxtı deyil", - o bildirib.

Qeyd edək ki, 2 maydan 3 maya keçən gecə Kremlin Senator sarayına iki PUA ilə hücum edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.