Dünya

8 metrlik qəbir kimindir? - Görənlər heyrətdə - FOTO

3 May 2023 08:59
Baxış: 5 151
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Sivas şəhərinin Dikili kəndində 8 metr yarım uzunluğundakı məzar haqqında qəribə məlumatlar yayılıb.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, onun Şeyx Ziya adlı şəxsə məxsus olduğu bildirilib.

Kənd sakinlərinin dediklərinə görə, Şeyx Ziya Kipr müharibəsi vaxtı məzarından qalxaraq döyüşə gedib.
Onun vaxtaşırı namaz qılmaq üçün bulaq başına getdiyi, dəstəmaz aldığı deyilib:

"Yaşlı bir qadın mənə bu adamın məzardan qalxaraq Kipr müharibəsinə getdiyini deyib. Dediklərinə görə, Şeyx Ziyagil 7 bacı-qardaş olub. Məzarları bir-birini görə biləcək şəkildə salınıb. Qaynatam deyirdi ki, həmişə bulaqdan küpə su doldururdum, səhər duranda küpdə su yox idi. Şeyx Ziyanın dəstəmaz alıb bulaq yanında namaz qıldığını görənlər də var".

Qeyd edək ki, məzarın eni 8.5 metr, eni isə 2.5 metrdir. O kəndə gəlib-gedənlərin diqqətini çəksə də, niyə belə olduğu haqda dəqiq məlumat yoxdur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.